Yumurtalıq xərçənginin yayılmasına səbəb olan əsas zülal tapılıb: ADAMTS5
Yeni bir araşdırma zamanı alimlər yumurtalıq xərçəngi şişlərində ADAMTS5 adlı zülalın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, tədqiqat İspaniyadakı doktor Elena Raynero rəhbərliyində aparılıb və nəticələri The FEBS Journal nəşrində dərc olunub.
Məlumata görə, ADAMTS5 zülalı hüceyrədaxili matriksdəki (ECM) digər zülalları parçalayaraq, sanki bir qayçı kimi davranır. Bu matriks isə şişləri əhatə edən toxumadır. Alimlər laboratoriya modellərində bu zülalın fəaliyyətinin qarşısı alındıqda, xərçəng hüceyrələrinin yayılmasının dayandığını müşahidə ediblər.
Hazırda mütəxəssislər ADAMTS5-in fəaliyyətini bloklayan dərmanlar üzərində çalışırlar. Bu preparatların gələcəkdə yumurtalıq xərçəngi olan pasiyentlərin müalicəsində istifadə edilə biləcəyi bildirilir.
Oxşar xəbərlər
Lionel Messinin ucuz şərabı GÜNDƏM OLDU
Məşhur futbolçu Lionel Messi ucuz şərabı ilə gündəm olub. BAKU.WS xəbər verir ki, o Argentina ənənələrinə uyğun olaraq "Sprite"i şərabla qarışdıraraq içib. Bu...