Yeni il ərəfəsində kimlər naringidən imtina etməlidir?
Naringilər mədə ilə bağlı problemləri daha da ağırlaşdıra bilər. Buna görə də mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlara Yeni il süfrəsində naringidən uzaq durmaq məsləhət görülür. Bu barədə refleksoterapevt, qiqon ustası İrina Starkova danışıb.
BAKU.WS "Qazeta.Ru"ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, mədə və ya mədəaltı vəzi problemləri olan insanlarda naringi vəziyyəti pisləşdirə bilər - xüsusilə də bolluca yemək yeyildikdən sonra.
Ekspert əlavə edib ki, isti iqlimdə yetişən naringilər bədəni "soyudan" təsirə malikdir. Buna görə də, tez-tez əlləri və ayaqları soyuq olan adamlara onların istifadəsi məsləhət görülmür.
Bunun əvəzində, əgər insan bədəndə daxili istilik, həddindən artıq aktivlik və ya qaraciyərdə öd durğunluğu hiss edirsə, naringi bu halda faydalı ola bilər - bədəni yüngülcə soyudur və sakitləşdirir.
Əgər Yeni ilin ənənəvi simvolundan tamamilə imtina etmək çətindirsə, Starkova naringi ilə çay dəmləməyi məsləhət görür.
Onun sözlərinə görə, bu üsul daha faydalı, estetik və dadlı alternativ ola bilər.
Bundan əlavə, naringilər bəzək elementi və ya hədiyyə kimi də istifadə edilə bilər. Məsələn, Çində Yeni ildə iki naringi hədiyyə etmək ənənəsi var: çünki "naringi" sözü səslənməsinə və formasına görə "qızıl" sözünə bənzəyir, həm də onun rəngi bolluq və firavanlıq rəmzidir.
Oxşar xəbərlər
Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA
Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Məktəblilərin bildirdiyinə görə, bu halları təkcə...