Yeddi planet səmada düzüləcək - 15 il GÖRMƏYƏCƏKSİNİZ

Fevral ayının son günü səma nadir rast gəlinən bir hadisəyə şahidlik edəcək. Eyni anda yeddi planetin səmada düzüləcəyi bu göy hadisəsi növbəti dəfə yalnız 2040-cı ildə müşahidə edilə biləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Greenwich Rəsədxanasından astronom Dr. Qreq Braun bildirib ki, bu cür düzülüşlər nadir hallarda baş verir:
"Planet paradı, eyni anda bir neçə planetin səmada görünməsi hadisəsidir. Lakin nə qədər təsir edici olacağı, neçə planetin düzülməsindən və onların nə dərəcədə asan görünə biləcəyindən asılıdır."
NASA-ya görə, dörd və ya beş planetin düzülüşü bir neçə ildən bir baş verə bilər. Lakin yeddi planetin eyni anda görünməsi olduqca nadir hadisədir.
Dr. Braun bildirib ki, "Merkuri, Neptun və Saturn axşam saatlarında üfüqə çox yaxın olacaq. Xüsusilə, Neptun və Saturnun alatoranlıqda müşahidə edilməsi çətin olacaq. Həmçinin, Uran da Neptun kimi çox solğun görünür və teleskopsuz aşkar edilməsi demək olar ki, mümkünsüzdür."
Buna baxmayaraq, Venera, Yupiter və Mars çılpaq gözlə asanlıqla görünə biləcək.
King"s College London-un astropartikül fizikası və kosmologiya üzrə tədqiqatçısı Dr. Şyam Balaji, planet düzülüşünün başvermə səbəbini belə izah edib:
Bu nadir astronomik hadisəni izləmək üçün səmanın aydın olduğu bir bölgə seçilməlidir. Teleskop vasitəsilə Yupiterin peyklərini və ya Veneranın hilal formasındakı işıqlı səthini müşahidə etmək mümkün olacaq. Planetlər yaz ayları boyunca tədricən göydəki mövqelərini dəyişəcək və səmadan itib yox olacaq.
Oxşar xəbərlər
Dövlət Komitəsi ilin ən yaxşı memarlarını "Təməl" mükafatı ilə təltif edib
Bu gün 19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilən ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçi...
