Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət

Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət
Digər 239

2026-cı ilin yaz ayları bəzi bürclər üçün xüsusilə uğurlu və dönüş nöqtəsi kimi qiymətləndirilir. Xarici astroloqların proqnozlarına görə, mart, aprel və may aylarında planetlərin mövqeyi bir sıra bürclərə maliyyə qazancı, sevgi münasibətlərində ciddiləşmə və səyahət imkanları vəd edir.

BAKU.WS xəbər verir ki, ən şanslı 3 bürc aşağıdakılardır:

Qoç bürcü

Astroloqların fikrincə, yaz aylarında Qoçlar üçün yeni başlanğıclar dövrü başlayır. Bu bürcün nümayəndələri üçün əlavə gəlir mənbələri, yeni iş imkanları yarana bilər. Eyni zamanda sevgi həyatında da ciddi addımlar, hətta evlilik ehtimalı yüksək qiymətləndirilir. Səyahət planlarının da reallaşması gözlənilir.

Əkizlər bürcü

2026-cı ilin yazı Əkizlər üçün gözlənilməz uğurlar gətirə bilər. Xüsusilə qəfil gələn təkliflər, yeni tanışlıqlar və maliyyə imkanları diqqət çəkir. Astroloqlar bu dövrdə Əkizlərin sosial çevrəsinin genişlənəcəyini və romantik münasibətlərin sürətlə inkişaf edəcəyini bildirirlər. Səyahət baxımından da aktiv bir mövsüm gözlənilir.

Şir bürcü

Şir bürcü üçün isə 2026-cı il ümumilikdə uğurlu hesab olunur, yaz ayları isə bu yüksəlişin başlanğıcı kimi dəyərləndirilir. Maliyyə baxımından artım, karyerada irəliləyiş və diqqət mərkəzində olmaq ehtimalı yüksəkdir. Sevgi həyatında ciddi münasibətlər və evlilik şansı da ön plana çıxır. Bundan əlavə, komfortlu və maraqlı səyahətlər üçün imkanlar yaranır.

Astroloqlar qeyd edir ki, bu dövrdə digər bürclər də müəyyən sahələrdə uğur əldə edə bilər. Lakin Qoç, Əkizlər və Şir bürcləri 2026-cı ilin yazında ən şanslı və "bəxti açılan" bürclər kimi önə çıxır.

Oxşar xəbərlər

Xudayar şəhid olduğu yerə son nəfəsində NƏ YAZIBMIŞ?

Xudayar şəhid olduğu yerə son nəfəsində NƏ YAZIBMIŞ?

Vətən müharibəsində həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən videogörüntülər yayılıb. BAKU.WS "Unikal"a istinadən xəb...

173 Digər 17:18 04 aprel 2026

Son xəbərlər