Xocalı barədə gizlədilən gerçəklər: Erməni mənbələrindən üzə çıxan faktlar
Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında Xocalı soyqırımından bəhs olunub.
Xocalıya hücum dörd istiqamətdən həyata keçirilib və əməliyyata hərbi cinayətkar Arkadi Ter-Tadevosyan rəhbərlik edib.
Plana görə, ilk zərbələr Təzəbinə və Xankəndi istiqamətlərindən endirilməli, Xankəndidən irəliləyən silahlılara isə SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayı və 622 saylı kimyəvi müdafiə taboru atəş dəstəyi verməli idi.
Əməliyyatın başlanmasına siqnal kimi nəzərdə tutulan 152 millimetrlik haubitsadan artilleriya atəşi və "selitra" yüklü vaqonun partladılması baş tutmadığından hücum planlaşdırıldığı kimi başlamayıb. Nəticədə Mehdibəyli istiqamətində mövqelənən silahlı dəstələr Xocalı əhalisinə qarşı hücuma keçiblər. İkinci fazada isə hava limanı nəzarətə götürülüb. Hava limanının müdafiəsinə Milli Qəhrəman Əlif Hacıyev rəhbərlik edib və ilk saatlardan ciddi müqavimət göstərilib. Qüvvələrin qeyri-bərabərliyi və kənardan dəstəyin olmaması səbəbindən müdafiəçilər geri çəkilməyə məcbur olublar və uçuşlara nəzarət qülləsini partladılar.
Üçüncü fazada Kətik istiqamətində hücuma keçən silahlılar Ağdam-Xankəndi yolunun Xocalıdan keçən hissəsini nəzarətə götürərək şəhərin mərkəzinə daxil olublar. Şəhəri tərk etməyə çalışan mülki əhali müxtəlif marşrutlarla - Qarqarçay vadisi, Əsgəran körpüsü, Kətik meşəsi, Şelli və Naxçıvanlı istiqamətlərində hərəkət etsə də, bir çoxu pusquya düşüb və atəşə məruz qalıb.
Ümumilikdə qətliam 80 kvadratkilometr ərazidə törədilib. Əməliyyat zonasını da nəzərə alsaq, bu rəqəm 245 kvadratkilometrə çatır. Blokada şəraitində olan Xocalını xilas etməyə yönəlmiş planların heç biri mərkəzi hökumət tərəfindən həyata keçirilməyib.
Oxşar xəbərlər
Yayda varlanacaq bürclər
Yay dövrü maddi cəhətdən canlanma və dəyişikliklərin başlanğıcı olacaq. Bu səbəbdən də, bəzi bürclər bu ərəfədə maddi cəhəddən uğur qazanacaqlar. Yayda varlanm...