Xiyar və pomidoru birlikdə istifadə etmək OLMAZ - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Salatlarda birlikdə istifadə edilən pomidor və xiyarın əslində sağlamlığa zərərli olduğu aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Mütəxəssislər pomidor və xiyarı bir yerdə yeməyin əslində sağlamlığa zərərli olduğunu deyiblər. Belə ki, xiyar və pomidorun həzm prosesləri bir-birindən fərqlidir, bu da mədəyə düşdükdə fermentasiyaya səbəb olur. Bu isə mədə turşusunun artmasına, bağırsaq və mədə sağlamlığının zərər görməsinə yol açır. Xüsusilə səhər ac qarına pomidor və xiyar yemək həzm sisteminə böyük zərər verir.
Sulu quruluşu sayəsində tez həzm olunan xiyar pomidorla birlikdə yeyildikdə mədəni yorar və mədə problemlərinə səbəb ola bilər. Mədə turşusunun yüksəlməsi isə qastrit kimi xəstəliklərə yol aça bilər. Buna görə də pomidor və xiyarı bir yerdə istifadə etməkdən çəkinmək lazımdır.
Həmçinin, pomidorun həddindən artıq istehlakı böyrək sağlamlığına da zərər verə bilər. Buna görə də pomidor istehlakına diqqət yetirmək vacibdir.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...