Xankəndidə Qarabağ Universitetinin yaradılmasının birinci ildönümü qeyd edilib
Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə Xankəndi şəhərində Qarabağ Universiteti İncəsənət fakültəsi tərəfindən konsert-sərgi proqramı təşkil olunub.
"Reöort"un Xankəndinə ezam edilmiş əməkdaşının məlumatına görə, tədbirdə universitetin müəllim-tələbə heyəti və təhsil naziri Emin Əmrullayev də iştirak edir.
Tədbir İncəsənət fakültəsi tələbələri tərəfindən Dövlət himninin ifası ilə başlayıb. Sonra universitetin rektoru Şahin Bayramov çıxış edərək rəhbəri olduğu ali məktəb haqqında ətraflı məlumat verib.
Təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin kollektivinə gələcək fəaliyyətlərində uğur arzulayıb.
Tədbir universitetdə çalışan incəsənət xadimlərinin çıxışları ilə davam edib. Həmçinin sözügedən fakültənin yaradıcı heyətinin müəllifi olduğu sənət nümunələri sərgilənib.
Oxşar xəbərlər
İşsizlərə ŞAD XƏBƏR – Bu bürclər 2026-cı ildə gəlirli iş tapacaqlar
2026-cı il bir çox insan üçün yeni imkanlar, karyera dəyişiklikləri və gözlənilməz uğurlarla yadda qalacaq. Ulduzlar göstərir ki, bəzi bürclər üçün bu il xüsus...