X (Twitter) tətbiqində problem
Yeniliklərdən dərhal xəbərdar olun
X sosial media platformasında (keçmiş adıyla Twitter) dünya üzrə giriş problemləri yaşanır.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, X platformasının istifadəçiləri tətbiqə daxil olarkən problem yaşayırlar. İstifadəçilər axında "Bir problem meydana gəldi. Yenidən yükləməyi cəhd et" xəbərdarlığı ilə qarşılaşır. Masaüstü cihazlarda isə axın yenilənmir. Problemin dünya üzrə yayıldığı bildirilir.
"Downdetector" saytında, internet xidmətləri ilə bağlı real vaxtda problemləri izləyən platformada da X sosial media platformasında 12:20-dən sonra giriş problemi yaşandığı müşahidə edilib.
Bu mövzuda hələlik rəsmi bir açıqlama verilməyib.
Oxşar xəbərlər
Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ABŞ-yə səfəri çərçivəsində Oklahoma Dövlət Universiteti, Lenqston Universiteti və Merilend Universitetinin nümayəndələri...