Vatsapdan mesajlaşma ilə bağlı yenilik
Yeniliklərdən dərhal xəbərdar olun
Vatsapda həmsöhbətin mesaj yazması barədə məlumatlandırma ilə bağlı yenilik olacaq.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Wabetainfo" portalı məlumat yayıb.
Belə ki, hazırkı versiyada istifadəçilər həmsöhbətin ekranın yuxarı hissəsində, şəklinin altında mesaj yazması barədə bildiriş görürlər.
Yeniləmədə isə həmsöhbət mətn mesajı yazırsa, o zaman onun yazdığı şəxs yazışmalarında tam olaraq üç nöqtə görəcək. Əgər o, səsli mesaj atarsa, ekranda mikrofon işarəsini görəcək.
Bildirilir ki, yenilik həm "Android", həm də "iOS" sistemlərində qurğular üçün tətbiqlərdə görünəcək.
Oxşar xəbərlər
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsini...