Valideynlərin DİQQƏTİNƏ: Birinci sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
Oxşar xəbərlər
Qadınların kişilərdən daha çox yuxuya ehtiyacı var - araşdırma
Araşdırmalar göstərir ki, qadınların bioloji olaraq kişilərlə müqayisədə daha çox yuxuya ehtiyacı var. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri hormonal d...