Ürək problemlərinin dırnaq və dodaqlarda verdiyi siqnallar

Bəzi hallarda bədənimizdə baş verən dəyişikliklər gizli sağlamlıq problemlərinin xəbərçisidir. Ürək xəstəlikləri də çox zaman ilkin mərhələlərdə özünü birbaşa deyil, dolayı yolla göstərir. Mütəxəssislər xəbərdarlıq edir ki, dırnaq və dodaqlarda müşahidə olunan bəzi dəyişikliklər ürək-damar sistemi ilə bağlı problemlərə işarə edə bilər.
BAKU.WS xəbər verir ki, əgər dodaqlarınız davamlı olaraq solğun və ya göy rəngə çalırsa, bu, qanınızda oksigen səviyyəsinin aşağı düşdüyünü göstərə bilər. Belə vəziyyətlər adətən ürəyin oksigenlə zəngin qanı orqanizmin bütün hissələrinə effektiv şəkildə çatdırmaması ilə bağlı olur. Xüsusilə, bu simptom fiziki fəaliyyət zamanı güclənirsə, ürək çatışmazlığı riskini artırır.
Dırnaqların rənginin solması, göyərməsi və ya şəffaflığının itməsi qan dövranının zəiflədiyini göstərir. Həmçinin "baraban çubuğu sindromu" adlanan vəziyyətdə dırnaqların ucları qalınlaşır və aşağıya doğru əyilir. Bu hal uzunmüddətli oksigen çatışmazlığı ilə əlaqələndirilir və ciddi ürək və ya ağciyər problemlərinin göstəricisi ola bilər.
Əgər yuxarıda qeyd olunan əlamətlərlə yanaşı tez yorulma, nəfəs darlığı, sinə ağrısı və ya ayaqlarda şişkinlik kimi simptomlar da varsa, bu, ürək çatışmazlığının daha da irəlilədiyini göstərə bilər.
Bu kimi əlamətlər müşahidə edildikdə, mütləq şəkildə həkimə müraciət edilməli, ürək fəaliyyəti yoxlanılmalıdır. Erkən diaqnoz və müdaxilə ürək xəstəliklərində həyati əhəmiyyət daşıyır.
Bədənimizin verdiyi siqnallara biganə qalmayaq – sadə görünən dəyişikliklər ciddi bir problemin xəbərçisi ola bilər.

Oxşar xəbərlər
Astroloq bütün bürclər üçün may ayının ən təhlükəli günlərini açıqladı
Mayın 3, 6, 18 və 30-da pul itkisi riski yüksək olacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına Çin astrologiyası və feng-şui üzrə ekspert Yu...