Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Uğurlu insanların səhər vərdişləri - SİYAHI
Foto
Digər 308

Araşdırmalar göstərir ki, uğurlu insanlar günə çox erkən başlayırlar. Onlar səhər saatlarını enerjinin yüksək səviyyədə olduğu zaman kimi qiymətləndirir. Bu saatlar yaradıcı düşünmək, idman etmək və ailəyə vaxt ayırmaq üçün ideal hesab olunur.

Ən uğurlu rəhbərlər səhərə necə başlayır?

BAKU.WS xəbər verir ki, Apple CEO-su Tim Kuk hər səhər saat 03:45-də oyanır və ilk olaraq e-poçtlarını yoxlayır. Ardınca idmana gedir, daha sonra kafedə oturaraq işləməyə davam edir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama saat 04:30-da idmanla məşğul olur. Onun sözlərinə görə, idman etmədikdə əhvalı pozulur.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

AOL-un rəhbəri Tim Armstrong saat 05:00-da oyanır. O, səhərlər qızı ilə vaxt keçirdiyini bildirir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Xerox CEO-su Ursula Burns isə 05:15-də oyanır. Əvvəlcə e-poçtları yoxlayır, sonra idman edir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

General Electric CEO-su Jeff Immelt saat 05:30-da oyanır. Həm idman edir, həm də xəbərləri izləyir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

PepsiCo rəhbəri İndra Nuhi saat 04:00-da oyanır və 07:00-dan gec olmayaraq işdə olur.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

NextDesk rəhbəri Dan Lee isə 03:30-da yuxudan oyanır. İki litr su içir, sonra idman və oxumağa vaxt ayırır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Twitter və Square CEO-su Cek Dorsey səhər saatlarında 10 kilometr qaçır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Fiat Chrysler rəhbəri Sergio Markionne 03:30-da oyanaraq Avropa bazarını izləyir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

"Shark Tank" investoru Kevin Oleary 05:45-də oyanır. Avropa və Asiya bazarlarını izlədikdən sonra velosiped məşqi edir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Virgin Group-un rəhbəri Riçard Branson 05:45-də günə başlayır və gündoğumu ilə oyanmaq üçün pərdələri açıq saxlayır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

General Motors rəhbəri Mary Barra və PIMCO qurucusu Bill Qross 06:00-da artıq işdə olurlar.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Hint Water rəhbəri Kara Goldin isə 05:30-da dəqiq şəkildə oyanır. Əvvəlcə gündəliyini və e-poçtlarını yoxlayır, sonra günə başlayır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Virgin America CEO-su David Kaş 04:15-də oyanır və Doğu sahilindəki partnyorları ilə əlaqə saxlayır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Zulily CEO-su Darrel Kevins 06:00-da şirkətin gündəlik satış sistemini yoxlayır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Ellevest CEO-su Sallie Kruçek 04:00-da oyanaraq, yaradıcı düşüncə ilə məşğul olur. O bildirir ki, bu saatlarda beyninin daha məhsuldar olduğunu hiss edir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Starbucks rəhbəri Hovard Şaltz 06:00-da artıq iş başındadır.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Moda eksperti Tim Qan 05:30-da espresso içərək günə başlayır. Gündə 50 dəfə "məkkə" hərəkəti ilə idman edir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Vodafone rəhbəri Vittorio Kolao 06:00-da oyanır və gününü idmanla başlayır. O, axşam 23:30-da yatmağa gedir.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Kayak qurucusu Paul Enqliş 06:00-da oyanır və bir neçə dəqiqə meditasiya edir. Daha sonra yoga ilə məşğul olur.

Uğurlu insanların səhər vərdişləri - SİYAHI

Son xəbərlər