Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.
Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.
Xatırladaq ki, Cebeci THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.
Oxşar xəbərlər
Azərbaycanın bəzi yerlərində yağıntılar intensivləşib - FAKTİKİ HAVA
Azərbaycanda əksər yerlərdə yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeo...