Turizm Agentliyində qalmaqal davam edir: Daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
BAKU.WS Modern.az-a istinadən məlumat verir ki, Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.
Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.
Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. "Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar", - iddialarda deyilir.
İddiaların yayılmasından sonra Agentliyin Aparat rəhbəri, əvvəllər "Transparency International"da çalışan Kənan Qasımov vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da əvvəllər "Transparency International"da işləyib. O, "Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi" layihəsinin koordinatoru kimi fəaliyyət göstərib.
Hələlik Agentliyin turizm siyasəti və strategiyası şöbəsinə yeni müdir təyin olunmayıb.
Oxşar xəbərlər
Güclü intuisiyaya sahib olan yeganə bürc - Heç kim onları aldada bilməz
Astroloqlar əmindirlər ki, Bürcün bütün əlamətləri arasında xüsusilə inkişaf etmiş altıncı hissi ilə seçilən biri var. Onun nümayəndələri hadisələri proqnozlaşd...
