Tanınmış aktyor Boston hava limanında saxlanıldı

Tanınmış aktyor Benisio Del Toro Boston hava limanında saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, kino ulduzu bu barədə "The Tonight Show with Set Meyers"in efirində danışıb.
Hadisəyə səbəb Del Toro tərəfindən yazılmış "Finikiya sxemi" adlı casus komediyasının ssenarisi olub.
"Mən Bostondan Los-Ancelesə uçurdum və nədənsə notbukumu əl yükümdən çıxarmadım. Təhlükəsizlik agentləri çantamı yoxlamaq qərarına gəldilər və orada ssenarinin bir nüsxəsi var idi. Rahatlıq üçün mətndəki bütün başlıqları böyük hərflərlə yazmışdım. Ona görə də, oxumaq çox asan oldu - Birinci səhnə: Təyyarə kabini. Bomba, İkinci: Göyərtə. Pilot atıldı, Üçüncü: Qəza", - Oskar mükafatçısı xatırlayıb.
Aktyor agentə bunun sadəcə bir film ssenarisi olduğunu izah etməyə çalışıb:
"O mənə baxdı, yerində qalmağıma işarə etdi, çantasını bağladı və getdi. Beş agent onun arxasınca geri gəldi. Növbə rəisi hadisəni həll edənə qədər bir qrup agent sənədləri araşdırdı. O, qalstuk taxaraq içəri girdi, mənə baxdı, bəlkə məni "Sicario" və ya "Traffic" filmlərindən tanıdı. Ssenariyə baxdı, vərəqlədi və onlar məni buraxdılar", - deyə Del Toro bildirib.
58 yaşlı aktyor üzülməyib, əksinə işçilərin sayıqlığına heyran olub. Sözügedən filmə gəlincə, o mayın 30-da bütün dünyada nümayiş olunub. Film Avropanın ən zəngin adamlarından birinin çətin münasibətlərindən bəhs edir və təyyarə qəzası ilə başlayır.
Oxşar xəbərlər
Sabahın havası- Bu ərazilərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeo...
