Somali ABŞ-yə hərbi bazalara giriş imkanı verməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Somali ABŞ-yə onun liman və hava limanlarından hərbi məqsədlər üçün istifadə etmək imkanı verən sazişi yeniləməyi təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əli Məhəmməd Ömər bildirib.
"Somali və ABŞ arasında əməkdaşlığa dair uzunmüddətli çərçivə proqramı, o cümlədən ABŞ-nin liman və hava limanlarına giriş əldə etməsi haqqında 1980-ci il tarixli saziş mövcuddur. Federal hökumət bu yaxınlarda bu sazişi yeniləməyi təklif edib", - o qeyd edib.
Ömər bu bəyanatı Somaliləndin yerli hakimiyyət nümayəndəsinin regionun ABŞ-yə öz faydalı qazıntılarına və hərbi bazalarına giriş imkanı verməyə hazır olduğunu bəyan etməsindən bir gün sonra verib.
"Somalinin mövqeyi sadədir: Somali ərazisi, limanları, hava məkanı və ya strateji təbii sərvətlərlə bağlı bütün sazişlər Somali Federativ Respublikasının konstitusion institutları çərçivəsində bağlanmalıdır", - o deyib.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...