Solovyovun da, Mardanın da… İndi hansı "mazol"una dəydik?

"Dövlət başçısının "Əl-Ərəbiyyə" kanalına verdiyi müsahibə və orada səsləndirdiyi fikirlər, xüsusilə Rusiya-Azərbaycan münasibətlərinə toxunarkən məlum təyyarə hadisəsini ön plana çıxarması, Azərbaycanın mövqeyindən heç bir geri çəkilmədiyini göstərir və bu, Rusiyada gözlənilən isterik əhvali-ruhiyyəni yaradıb".
Bunu Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov deyib.
Onun sözlərinə görə, Kremldəkilər yenə də başlarından çıxan tüstünün altında boğulurlar:
"Bunu onların məlum təbliğatçılarının qarğaya bənzər səs-küyündən hiss edirik. Bu zaman dövlət başçısının fikirlərini təhrif edərək müxtəlif bəhanələrlə Azərbaycana, tariximizə, mədəniyyətimizə və dahi şəxsiyyətlərimizə qarşı hücum üçün əsas kimi istifadə edirlər. Azərbaycan isə müstəqil dövlətdir, Rusiyadan heç bir halda çəkinmir və gələcəyini yalnız bərabərhüquqlu tərəfdaşlıq əsasında gördüyünü açıq şəkildə ortaya qoyur. Bu da hər kəs üçün nümunədir".
Jurnalist əlavə edib ki, Azərbaycanın bu nümunəsi Rusiyanın Orta Asiya və dünyanın digər bölgələrində nüfuzuna təsir göstərir:
"Onlar isə buna qarşılıq olaraq öz daxili auditoriyalarını aldatmaq yolunu seçirlər. Hazırda təbliğatçılara verilən tezis bundan ibarətdir ki, guya Azərbaycanın tarixi şəxsiyyətləri, onların ifadəsi ilə desək, vaxtilə Rusiya tərkibinə keçməsəydi (bizim ifadəmizlə isə Rusiya tərəfindən işğal olunmasaydı), Azərbaycan formalaşmayacaqdı. Sanki xanlıqları özlərinə birləşdirməklə inkişaf etdirdiklərini iddia edirlər. Lakin biz çox yaxşı bilirik ki, həmin nağıllar artıq heç kimi inandırmır. Bu tezislər sovet dövründə xalqları yatırtmaq üçün uydurulub. İndi isə heç kim ona inanmaq istəmir. Amma Kreml bununla öz xalqını aldatmaqda davam edir".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Alimlər "gözəllik iynələri" ilə bağlı gözlənilməz həqiqəti açıqladılar
Botoks və filler kimi məşhur kosmetik prosedurlar insanı bir qədər daha cəlbedici göstərir, lakin onların mehribanlıq, zəka və ya uzunmüddətli partnyor kimi arz...
