Səkkiz yaşlı Firuzə: "Mən özümü böyük aktrisa sayıram"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV valideyn himayəsindən məhrum olan uşaqlara həsr edilmiş "Balaca ürəklərə sevgi ilə..." videoçarxında "Sevinc" obrazını canlandıran Firuzə Qədirlinin evindən reportaj hazırlayıb.
İstedadı "Instagram" paylaşımları ilə kəşf edilən Firuzə kino və seriallara çəkiləcəyinə həmişə inandığını bildirib.
Çəkilişləri çox sevdiyini deyən səkkiz yaşlı aktrisa məşhur olmaq istədiyini söyləyir:
"Hamı məni televizorda görəndə qürur duyur. Mən də özümü böyük aktrisa sayıram. Balaca olmaq da gözəldir, amma mən özümü böyük hiss edirəm".
Firuzə onu da söyləyib ki, sosial şəbəkələrdə yazılan mənfi rəylər ona təsir etmir:
"Mənə pis rəy yazanlara fikir vermirəm. Onları bloka atıram".
Aktrisanın anası da qızına yazılan mənfi rəylərə münasibət bildirib:
"Bəzən yazırlar ki, başından böyük danışır, sanki arvaddır. Onlar başa düşməlidirlər ki, Firuzə aktrisadır, obraza girir, danışığı belədir".
Oxşar xəbərlər
Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadə...