Şəkərli diabet xəstəliyi olanlar üçün VACİB XƏBƏR
Şəkər xəstələri dövlətin onlara verdiyi pulsuz dərmanları çətinliklə ala bilirlər. Bəzən isə ümumiyyətlə tapa bilmirlər.
Paytaxt sakini 72 yaşlı Sahib Sadıqov deyir ki, verilən dərmanların sayı 3 ildir ki, azalıb.
Sahib Sadıqov həm də uzun növbələrdən gileylənir.
65 yaşlı Zərdab sakini Tutu Həsənova da deyir ki, 2-3 aydır ümumiyyətlə dərmanları verilmir.
Bəs xəstələri çarəsiz vəziyyətə salan səbəb nədir?
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın siyahısı və miqdarı, təminat Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Siyahıya uyğun olaraq hər ay dərman preparatlarının verilməsi təmin olunur.
Zamirə Ədilova həmçinin bildirdi ki, ölkədə şəkərli diabet xəstələrinin sayı artdığından bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarına təkliflər edilib və bu, şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib.
Məsələ ondadır ki, ümidverici təkliflərin nələrdən ibarət olduğu və nə zaman reallaşacağı ilə bağlı qurum rəsmisi hər hansı məlumat vermədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın...