Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Övladını torpağa tapşıran şəhidin anası Rəfiqə Bayramova 31 ildir oğlunun yolunu gözlədiyini bildirib:
"Oğlum 1994-cü ildə şəhid olub, amma mən bilməmişəm. 2004-cü ilə kimi itkin hesab olunub. Elə həmin ildə oğluma şəhid statusu verildi. İllərdir ki, övladımın yolunu gözləyirdim. 18 yaşı var idi, subay idi. Şükürlər olsun, oğlum tapılıb. Hər kəsə minnətdarlığımı bildirirəm, 31 ildən sonra oğlumu tapıb gətirdilər".
Şəhidin nəşinin qalıqları Yevlaxın Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 10 medal qazanıblar
Qazaxıstanın Astana şəhərində təşkil olunan 10–14 yanvar tarixlərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş, 5 b...