Saxta ətirlərlə bağlı XƏBƏRDARLIQ - Xərçəng yaradır
Saxta ətirlər istehsal prosesinə nəzarət edilmədiyi üçün insan sağlamlığı üçün təhlükəlidir.
BAKU.WS xəbər verir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında rusiyalı mütəxəssis Andrey Doroxov deuib.
Mütəxəssis izah edib ki, saxta ətirlərin tərkibinə daxil olan məhsullar işığın, istinin və ya havanın təsiri ilə parçalanaraq zərərli birləşmələr əmələ gətirir. Sonradan belə ətir rəngini və konsistensiyasını dəyişir və istifadə üçün yararsız olur.
Dosent xəbərdarlıq edib ki, saxta ətirlərin uzun müddət istifadəsi dermatit, ekzema və dəri xərçənginə səbəb ola bilər.
Doroxovun sözlərinə görə, saxta ətirlər çox vaxt ucuz və allergiyaya səbəb olan maddələrdən hazırlanır. Onların tərkibində fenollar və aldehidlər ola bilər ki, bu da dəri səpgilərinə, baş ağrılarına və tənəffüs problemlərinə səbəb ola bilər. Bəzi saxta ətirlərin tərkibində insanı zəhərləyə bilən ağır metallar var.
Oxşar xəbərlər
3500-dən artıq hüquq terminin olduğu izahlı lüğət tərtib edilib, kitabxana 502 yeni hüquqi vəsaitlə zənginləşdirilib
"Hüquqi biliklərin sistemləşdirilməsi məqsədilə 3500-dən artıq hüquq terminin olduğu izahlı "Hüquq terminləri lüğəti" və "Akademik hüquqi yazı kitabçası" nəşr o...