Saqqız çeynəməyi sevənlərə xoşagəlməz nəticələr barədə xəbərdarlıq
Gün ərzində daim saqqız çeynəməyi vərdişə çevirən insanlar ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər. Bu barədə stomatoloq Yekaterina Tsıbina xəbərdarlıq edib və bu vərdişin mümkün nəticələrindən danışıb.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, uzunmüddətli və fasiləsiz saqqız çeynəmək çənə əzələləri və alt-çənə oynağı (çənə-buynuz oynağı) üzərində qeyri-bərabər yük yaradır. Bu isə mikrotravmaların yaranma riskini artırır.
Tsıbina bildirib ki, ilkin mərhələdə insan yanaqlarda və gicgah hissəsində gərginlik və yorğunluq, günün sonunda isə çeynəmə əzələlərində ağrı hiss edə bilər. Zamanla ağzı açarkən çınlama və ya xışıltı səsləri, geniş əsnədikdə "çənənin ilişməsi" hissi, həmçinin çənə hərəkətlərinin məhdudlaşması müşahidə oluna bilər.
Bəzi insanlarda bu problemlərlə yanaşı gicgah–boyun hissəsində baş ağrıları, qulaqda səs və ya tutulma hissi, eləcə də boyun nahiyəsində diskomfort yarana bilər.
Bununla belə, mütəxəssis vurğulayıb ki, saqqızdan tamamilə imtina etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, ən optimal variant - şəkərsiz saqqızı yeməkdən sonra 10–20 dəqiqə ərzində çeynəməkdir. Lakin bütün gün ərzində fasiləsiz saqqız çeynəmək vərdişindən mütləq uzaq durmaq lazımdır.
Oxşar xəbərlər
İki dilli mühit uşağın nitqini gecikdirirmi?
İki və ya daha çox dildə danışılan ailələrdə böyüyən uşaqlarda nitq inkişafı valideynləri tez-tez narahat edir. Ən çox verilən sual isə budur: iki dilli mühit n...