Sağlamlıq göstəriciləri alzheimer xəstəliyi ilə necə bağlıdır?

Sağlamlıq göstəriciləri alzheimer xəstəliyi ilə necə bağlıdır?
Digər 61

ABŞ-nin Texas ştatının San Antonio şəhərində yerləşən Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin alimləri, qan lipid səviyyələri ilə Alzheimer xəstəliyinin inkişaf riski arasında əhəmiyyətli əlaqə olduğunu müəyyən ediblər. 

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri Neurology jurnalında dərc olunub.

Tədqiqat və nəticələr

Tədqiqat Framingham Ürək Araşdırması çərçivəsində aparılıb və 800-dən çox yaşlı iştirakçını əhatə edib. Alimlər müəyyən ediblər ki, kiçik və sıx "pis" xolesterin hissəciklərinin (sdLDL-C) yüksək səviyyəsi Alzheimer xəstəliyinə tutulma riskini artırır. Bu hissəciklər, daha çox arteriyalarda lövhə (yığılma) əmələ gətirən və qan dövranını çətinləşdirən xolesterin növü kimi tanınır.

Araşdırmaya görə, sdLDL-C səviyyəsində yalnız 1 standart vahidlik artım, Alzheimer riskini 21 faiz artırır.

Digər əhəmiyyətli göstəricilər

Bununla yanaşı, bağırsaqlardan qana yağ daşıyan ApoB48 adlı lipoproteinin səviyyəsindəki 1 vahid artım, bu xəstəliyə tutulma riskini 22 faiz azaldır. Bu da bəzi yağ daşıyıcılarının qoruyucu rol oynaya biləcəyinə işarə edir.

Maraqlıdır ki, daha aşağı "yaxşı" xolesterin (HDL-C) səviyyələrinə malik şəxslərdə də Alzheimer riskinin daha az olduğu müşahidə olunub – bu isə əvvəllər qəbul edilən fikirlərə ziddir və mövzu ətrafında əlavə araşdırmaların zəruriliyini ortaya qoyur.

Alimlər bildirirlər ki, kiçik və sıx LDL-C kimi "pis" xolesterinin səviyyəsinin aşağı olması və ApoB48 kimi qoruyucu yağ daşıyıcılarının yüksək səviyyələri, Alzheimer xəstəliyinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu da gələcəkdə Alzheimerin erkən diaqnostikası və profilaktikası üçün yeni yanaşmaların inkişaf etdirilməsinə səbəb ola bilər.

Son xəbərlər