Saç tökülməsi gizli xəstəliklərin siqnalı ola bilər - Həkimdən xəbərdarlıq
Saçların sağlam görünüşü təkcə baxım vasitələrindən deyil, ümumi sağlamlıq vəziyyətindən də birbaşa asılıdır. Stress, yuxusuzluq və düzgün qidalanmama saçlara tez təsir etsə də, aylarla davam edən saç tökülməsi daha ciddi və gizli problemlərin əlaməti ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı trixoloq Tatyana Qonçarova yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, saç follikulları yüksək metabolik aktivliyə malikdir və hormonal sistemlə sıx bağlıdır. Bu səbəbdən orqanizmdə baş verən metabolik, hormonal və ya iltihabi dəyişikliklər dərhal saçların vəziyyətində özünü göstərir. Bəzi hallarda isə bu problemlər uzun müddət gizli qalır.
Həkim saç tökülməsinin əsas gizli səbəblərini belə izah edib:
Vitamin çatışmazlığı, xüsusilə B qrupu
Sərt pəhrizlər və zülal azlığı
Həddindən artıq fiziki yüklənmə
Anemiya və gizli dəmir çatışmazlığı
Hormonal disbalans
Stres, yuxusuzluq və depressiya
Xroniki iltihabi proseslər
İnsulin dirənci
Mütəxəssis qeyd edib ki, problemin səbəbini müəyyənləşdirmək üçün trixoskopiya və laborator analizlər aparılır.
Müalicə isə iki istiqamətdə aparılır: səbəbin aradan qaldırılması və saç dərisinə yerli təsir. Bu zaman mezoterapiya, plazmoterapiya, lazer terapiyası və digər üsullardan istifadə olunur.
Sonda həkim vurğulayıb ki, düzgün qidalanma, keyfiyyətli yuxu və stressin azaldılması həm saçların, həm də ümumi sağlamlığın qorunmasında əsas rol oynayır.
Oxşar xəbərlər
"Telefonumuz bizi dinləyir?" - Mif, yoxsa reallıq?
Son illər sosial şəbəkə istifadəçiləri arasında maraqlı bir sual geniş yayılıb: smartfonlar doğrudan da istifadəçiləri dinləyirmi? BAKU.WS xəbər verir ki, bir ç...