Sabah yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Oxşar xəbərlər
Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq
Bəzən həyat elə sürprizlər təqdim edir ki, onları əvvəlcədən görmək mümkün olmur. Şir bürcünü yaxın gələcəkdə məhz belə dəyişikliklər gözləyir. Qismət sanki yen...
