Sabah 20 dərəcə isti olacaq

Sabah 20 dərəcə isti olacaq
Digər 391

Ölkə ərazisində martın 27-də 15-20 dərəcə isti müşahidə olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Oxşar xəbərlər

Maskalanmağı yaxşı bacaran 4 BÜRC - Üzdə bir, arxada başqa cür olurlar

Maskalanmağı yaxşı bacaran 4 BÜRC - Üzdə bir, arxada başqa cür olurlar

Bürclər arasında üzündə bir, daxilində isə tamam başqa cür görünməklə seçilən bürclər açıqlanıb. BAKU.WS xəbər verir ki, astroloqların fikrincə, bu xüsusiyyətlə...

124 Digər 11:29 16 sentyabr 2025

Son xəbərlər