QMİ Həccə gedəcək zəvvarlara növbəti çağırış etdi

QMİ Həccə gedəcək zəvvarlara növbəti çağırış etdi
Digər 87

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib.

BAKU.WS xəbər verir ki, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri xatırladıb ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarına qeydiyyat prosedurlarının erkən bitirilməsi üçün ciddi tələb qoyub.

V.Cahangiri qeyd edib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq:

"Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan qeydiyyata düşsünlər. Ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq sənədlərin qəbulu fevralın 15-də bitəcək".

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Oxşar xəbərlər

Yayda varlanacaq bürclər

Yayda varlanacaq bürclər

Yay dövrü maddi cəhətdən canlanma və dəyişikliklərin başlanğıcı olacaq. Bu səbəbdən də, bəzi bürclər bu ərəfədə maddi cəhəddən uğur qazanacaqlar. Yayda varlanm...

485 Digər 00:07 27 fevral 2026

Son xəbərlər