QİBK və Supsa terminalının operatorluğu SOCAR-a keçdi
8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri (QİBK) və onun ayrılmaz hissəsi olan Supsa terminalı "SOCAR Midstream Operations" MMC-nin operatorluğuna keçib.
"SOCAR Midstream Operations"dan BAKU.WS-ə verilən məlumata görə, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti "SOCAR Midstream" tərəfindən qəbul edilib.
Qeyd olunur ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.
Xatırlada ki, öncə qeyd olunan infrastruktur obyektlərinin operatoru BP şirkəti idi.
Oxşar xəbərlər
Ermənistanda Karapetyanın şirkətinin milliləşdirilməsi ilə bağlı mühüm addım
Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi iş adamı, "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkə...