Putin nüvə silahı sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi

Putin nüvə silahı sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi
Digər 37

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və mülki qurumlara nüvə silahı sınaqlarına hazırlıq imkanı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

Putin Təhlükəsizlik Şurasının müşavirəsində müvafiq təkliflə çıxış edib.

"Əgər ABŞ və ya Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi müqaviləsinin digər üzvləri nüvə sınaqları keçirərsə, Rusiya müvafiq addımlar atacaq", - deyə o vurğulayıb.

Rusiyanın müdafiə naziri Andrey Belousov müşavirədə bildirib ki, nüvə sınaqlarının başlaması üçün hazırlıqlar qısa müddət ərzində həyata keçirilə bilər, çünki Novaya Zemlya arxipelaqındakı poliqon buna hazırdır.

Onun sözlərinə görə, ABŞ oktyabr ayında Rusiyaya qarşı raket-nüvə zərbəsinin hazırlanması məşqini keçirib.

Son xəbərlər