Pomidorun qaraciyərə faydası ilə bağlı maraqlı araşdırma

Pomidorun qaraciyərə faydası ilə bağlı maraqlı araşdırma
Digər 0

Son araşdırmalarda qidalanma və gündəlik vərdişlərin sağlamlığa təsiri ilə bağlı maraqlı nəticələr əldə edilib.

BAKU.WS xəbər verir ki, alimlərin araşdırmasına görə, hər gün pomidor yemək qaraciyər yağlanmasının azalmasına kömək edə bilər. Araşdırmada pomidor qəbul edən insanlarda qaraciyərdə yağın daha çox azaldığı müəyyənləşib.

Başqa bir araşdırmada çox zülal qəbulunun az hərəkət edən insanlar üçün faydalı olmaya biləcəyi bildirilib. Alimlər zülalın miqdarının sağlamlığa təsirini araşdırıblar.

Süni intellektlə uzun müddət ünsiyyətin də bəzi insanlarda psixoloji problemlərlə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə real həyatda sosial çevrəsi az olan insanlarda bu hal daha çox müşahidə olunub.

ABŞ alimlərinin araşdırmasına görə, kimyəvi təmizləmə obyektlərinin yaxınlığında yaşayan insanlarda Parkinson xəstəliyi riski daha yüksək ola bilər. Tədqiqatçılar bunu istifadə olunan bəzi kimyəvi maddələrlə əlaqələndirirlər. Lakin bunun birbaşa səbəb olduğu hələ sübut edilməyib.

Araşdırmalarda həmçinin siqaretdən imtina etmək, qan təzyiqi və şəkər səviyyəsinə nəzarət etməyin demensiya riskini azaltmağa kömək edə biləcəyi vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər