Özəl bağçalara qeydiyyat nə vaxtdan başlayacaq? - Nazirlikdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Qrant əldə etmiş özəl bağçalar üzrə sənədlərin qəbulu yekunlaşıb. Uşaqların qeydiyyatının gələn aylarda başlanması nəzərdə tutulur".
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.
O bildirib ki, hazırda təqdim olunan sənədlərin təhlili aparılır: "Bu mərhələ başa çatdıqdan sonra müsabiqədə iştirak edən bağçalar üzrə növbəti mərhələ - uşaqların qəbulu prosesinə başlanılacaq. Ondan sonrakı aydan etibarən isə uşaqlar bağçalarda təhsillərini davam etdirəcəklər. Qrant layihəsi çərçivəsində hazırda özəl bağçalarda, ümumilikdə, 1300 uşaq təhsilə cəlb olunub".
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki...