Ölkədə bitki südlərinə niyə tələbat azdır?

Dünyada bitki südlərindən istifadə sürətlə trendə çevrilməyə başlayıb. Ölkəmizdə isə tam əksi müşahidə olunur.
Market rəflərində bu südlər ya ümumiyyətlə yoxdur, ya da çox bahadır.
Bəs ölkəmizdə bitki südünə tələbat niyə azdır?
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Sakinlərin çoxu inək südündən istifadə etdiklərini söyləyiblər.
"Bitki südünün faydalı olduğunu eşitmişəm, lakin istifadə etməmişəm", "Hamısı yalandır, banandan süd olar?", - deyə sakinlər qeyd ediblər.
Diyetoloq Ələkbər Hüseynov yulaf, badam südlərinin də bir çox minerallar və vitaminlərlə zəngin olduğunu bildirib. Diyetoloq bitki südlərinin veqan qidalananlar üçün uyğun olduğunu vurğulayıb.
}
Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
