Ölkə ərazisində görünüş məsafəsi 500 metrədək məhdudlaşır - FAKTİKİ HAVA

Ölkə ərazisində görünüş məsafəsi 500 metrədək məhdudlaşır - FAKTİKİ HAVA
Digər 3664

Aprelin 5-də saat 10:00-a olan faktiki hava açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb.

Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-də 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nənələrin sevimli aksesuarı yenidən dəbə minir

Nənələrin sevimli aksesuarı yenidən dəbə minir

2026-cı ildə vaxtilə köhnəlmiş hesab edilən çiçək formalı broşlar və geyim bəzəkləri yenidən dəb dünyasının diqqət mərkəzinə çevrilib. BAKU.WS xəbər verir ki, b...

182 Digər 13:22 02 noyabr 2026

Son xəbərlər