Nabranda təmizlik aksiyası keçirilib

Nabranda təmizlik aksiyası keçirilib
Foto
Digər 124

Yay mövsümünə hazırlıq məqsədi ilə Nabranda yerləşən çimərlik ərazilərində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təmizlik aksiyası təşkil edilib.

BAKU.WS xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, yerli icra nümayəndələri, bələdiyyələr eləcədə gənc könüllülər iştirak ediblər.

İməcilik zamanı sahilyanı ərazilər plastik qabalardan və digər tullantılardan təmizlənib.

Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Çimərlik mövsümünün başlanmasına az qalmış belə təmizlik aksiyalarının təşkili sakinlər tərəfindən razılıqla qarşılanıb.

Oxşar xəbərlər

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə ərazisində yağm...

44 Digər 10:57 22 iyul 2025

Son xəbərlər