Mütəxəssislər xəbərdarlıq edir: Mətbəx taxtalarında sağlamlıq üçün təhlükə

Mətbəxdə ən çox istifadə olunan alətlərdən biri olan kəsici taxtalar yemək hazırlığı zamanı əvəzedilməzdir. Lakin mütəxəssislər kəsici taxtaların sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, plastik materialdan hazırlanmış kəsici taxtalar zamanla zədələnir və üzərində ağ xətlənmələr əmələ gəlir. Bu çat və kəsiklər, qidalardan keçən bakteriyaların yığılmasına səbəb ola bilər. Belə şəraitdə salmonella və listeriya kimi təhlükəli bakteriyaların yaşama və çoxalma ehtimalı artır.
Mütəxəssislərin apardığı tədqiqatlara əsasən, plastik kəsici taxtalar həm də qidalara mikroplastik hissəciklərin qarışmasına səbəb olur. Bundan əlavə, bu növ taxtalar, taxtadan fərqli olaraq, bıçaqları daha tez korlayır.
İstifadə zamanı gigiyenaya diqqət yetirilməsi və köhnəlmiş kəsici taxtaların dəyişdirilməsi tövsiyə olunur. Sağlam bir mühit yaratmaq üçün alternativ olaraq, taxta və ya şüşə kəsici taxtalardan istifadə etmək məsləhət görülür.
Oxşar xəbərlər
Ən çox ağlayan körpələr bu aylarda doğulur
Araşdırmalar göstərir ki, körpələrin ağlama tezliyi doğulduqları ayla müəyyən qədər əlaqəlidir. Tədqiqatlara görə, oktyabr–dekabr aylarında doğulan uşaqlar daha...
