Müharibəyə görə Azərbaycandan həcc ziyarəti TƏXİRƏ SALINACAQ? - Rəsmi AÇIQLAMA
"Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb".
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, regionda baş verən gərginliyin həcc ziyarətinin təşkilinə təsiri olmayacaq:
"Münaqişə qızışandan, gərginlik artandan bəri bir neçə ümrə ziyarəti təşkil etmişik, heç birində problem olmadı. Allahın izni ilə həcc ziyarəti də eyni qaydada həyata keçiriləcək. Zərurət yaranacağı təqdirdə alternativ marşrutlardan istifadə ediləcək".
O qeyd edib ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir:
"Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq. Müraciət edənlər arasında orta yaş üstünlük təşkil edir. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq".
Oxşar xəbərlər
Xaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir
"Saatına 10-11 dollar təklif edilir. İddiaya görə, hətta qalmaq üçün yer, eyni zamanda, qidalanma da qarşılanır". Sosial şəbəkələrdə bu kimi xaricdə şirnikləşdi...