Müəllimin müşahidəsi nevroloji diaqnoz qədər dəyərlidir - Həkimdən valideynlərə XƏBƏRDARLIQ

Müəllimin müşahidəsi nevroloji diaqnoz qədər dəyərlidir - Həkimdən valideynlərə XƏBƏRDARLIQ
Foto
Digər 108

Bəzi uşaqlar "dostluq" adı altında istifadə edilə, yönləndirilə və ya təhdid edilə bilər. Uşaq çox vaxt bunu travma kimi dərk etmir.

Bu barədə nervpotoloq, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaqlara özlərinə və yaşlarına uyğun sərbəstlik verilməlidir.

Müəllimin müşahidəsi nevroloji diaqnoz qədər dəyərlidir - Həkimdən valideynlərə XƏBƏRDARLIQ

"Uşaqdan soruşmayın: "Nə etmisən?". Soruşun: "Nə hiss etdin?". Hisslər davranışdan daha çox məlumat verir", - deyə həkim bildirib..

Vüsalə Nuriyeva əlavə edib ki, valideynlər mütləq övladlarının oxuduğu təhsil müəssisəsi ilə sıx əlaqədə olmalıdırlar:

"Müəllimin müşahidəsi nevroloji diaqnoz qədər dəyərlidir. Bu səbəbdən də, müəllimlərlə əlaqə saxlayın. Uşaqların dərslərdə və tənəffüs zamanı davranışlarını soruşun.Məktəb psixoloqlarından övladınızın davranışlarını nəzərdən keçirməyi xahiş edin".

Əlavə olaraq həkim bildirib ki, valideynlər evdə və digər məkanlarda da övladlarının davranışlarını diqqətdə saxlasınlar:

"Uşaqların inkişaf edən beynini qorumaq valideyn-həkim əməkdaşlığını tələb edir. Gizli təhlükələr açıq görünməsə də, uşağın davranışı, yuxusu, emosiyası və bədəni həmişə xəbərdarlıq edir. Bu siqnalları vaxtında görmək, dinləmək və müdaxilə etmək uşağın sağlam gələcəyinə qoyulan ən vacib investisiyadır".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Son xəbərlər