Meteoroloqlar yaxın beş ildə qlobal istiləşmənin davam edəcəyini gözləyirlər

Meteoroloqlar yaxın beş ildə qlobal istiləşmənin davam edəcəyini gözləyirlər
Digər 45

Yaxın beş ildə qlobal temperatur artımının, böyük ehtimalla, Paris İqlim Sazişində nəzərdə tutulmuş iqlim istiləşməsinin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfini keçəcəyi gözlənilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına istinadən bildirib.

"70 % ehtimalla yaxın beş il ərzində (2025-2029-cu illər) orta istiləşmə göstəricisi 1,5 dərəcə Selsini keçəcək", – ekspertlər hesab edirlər.

Onların proqnozuna görə, yaxın beş ildən (2025-2029-cu illər) azı biri 80 % ehtimalla BMT-nin müşahidə tarixində ən isti il olacaq. Son məlumatlara görə, müşahidə tarixində ən isti il 2024-cü ildir.

Bundan başqa, yaxın beş ildə Arktikada qış aylarında (noyabrdan marta qədər) istiləşmə tempinin orta hesabla qlobal istiləşmə göstəricilərini 3,5 dəfədən çox üstələyəcəyi gözlənilir.

Həmçinin 1 % ehtimal var ki, həmin beş ildən azı birində qlobal temperatur artımı 2 dərəcəni keçəcək.

2015-ci il Paris Sazişinin iştirakçıları orta qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədi qoyurlar.

Son xəbərlər