Meta Instagram-dan üzr istədi

Meta şirkəti çərşənbə günü gecə bəyanat yayaraq Instagram istifadəçilərinin Reels bölməsində zorakı və qrafik görüntülərin yayılmasına səbəb olan "səhvə" görə üzr istədi.
BAKU.WS xəbər verir ki, bu barədə Meta paylaşım edib.
İstifadəçilərə tövsiyə edilən videolar arasında atəş açılaraq öldürülən və ya avtomobillə vurulan insanların görüntüləri yer alıb. Bəzi paylaşımlar "həssas məzmun" etiketi ilə işarələnmiş olsa da, bəzilərində belə xəbərdarlıq olmayıb.
Qeyd edək ki, hadisə zamanı azyaşlı istifadəçilərin də bu görüntüləri görməsi narahatlıq yaradıb. Meta baş verənlərə görə üzr istəyərək, problemin qısa zamanda həll edildiyini bildirib.
Oxşar xəbərlər
Türkiyənin hakim partiyası Öcalanın çağırışına münasibət bildirib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına çağırı...
