Məktəbdə şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib?
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, məktəbin 5-ci sinif şagirdinin dərs zamanı idman müəllimi Fərqan Xəlilzadə tərəfindən vurularaq xəsarət aldığı deyilir.
Məlumata görə, hadisə məktəbdə baş versə də, bununla bağlı şagirdin valideynlərinə hər hansı məlumat verilməyib.
Döyüldüyü iddia olunan azyaşlı baş verənlərlə bağlı danışıb.
Valideynlər bildiriblər ki, övladlarının xəsarət aldığını yalnız məktəbdən evə qayıtdıqdan sonra öyrəniblər. Onların sözlərinə görə, uşağın bədənində xəsarət izləri müşahidə olunub və hadisənin təfərrüatı azyaşlının izahından sonra məlum olub.
Oxşar xəbərlər
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BAKU.WS Oxu.Az-...