Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil"
"Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyli AFFA-dan verilən töhmətlə razılaşıb.
BAKU.WS xəbər verir ki, o, bunu report-a açıqlamasında deyib.
Klub rəsmisi məsələ ilə bağlı AFFA İntizam Komitəsinin iclasında iştirak etdiyini bildirib:
"Sənədlərdə mexaniki xətalara yol vermişdik. Sonra onları düzəldib yenidən təqdim edəndə bir az gecikdik. İntizam Komitəsinin üzvləri ilə görüşdə səhlənkarlıq etdiyimi bildirdim. Sənədləri artıq düzəltmişik, hər şey qaydasındadır".
M.Bədəlbəyli qərardan narazı olmadığını vurğulayıb:
"Əslində ciddi problem olmadı. Verilən cəza ilə razılaşdım, çox sərt qərar deyil".
Qeyd edək ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla liderdir.
Oxşar xəbərlər
Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi
Azərbaycanda fəaliyyət göstərən türkiyəli məşqçi Ebubekir Yoğurtçu "Mingəçevir" klubunda çalışarkən ölkədən deportasiya olunub. BAKU.WS xəbər verir ki, 2025-ci...