Maşında kondisionerin xarab olduğunu göstərən 5 əlamət

Maşında kondisionerin xarab olduğunu göstərən 5 əlamət
Digər 62

Yay aylarında avtomobil kondisionerinin nasazlığı həm sürücülər, həm də sərnişinlər üçün ciddi problem yarada bilər. Mütəxəssislər bahalı təmirin qarşısını almaq üçün sistemin verdiyi ilkin siqnallara diqqət yetirməyi tövsiyə edirlər.

BAKU.WS xəbər verir ki, kondisionerin sıradan çıxacağını göstərən əsas əlamətlər bunlardır:

-Kondisionerin əvvəlki kimi soyuq hava üfürməməsi;

-İşləyərkən qeyri-adi səs və ya cırıltının eşidilməsi;

-Mühərrik bölməsindən və ya havalandırma sistemindən xoşagəlməz qoxunun gəlməsi;

-Kondisionerin fasilələrlə işləməsi və ya öz-özünə sönməsi;

-Kompressorun həddindən artıq yüklənməsi və ya sistemdə maye sızmasının müşahidə olunması.

Mütəxəssislərin sözlərinə görə, bu əlamətlərə vaxtında reaksiya verilməsi kondisionerin kompressorunun sıradan çıxmasının və yüksək təmir xərclərinin qarşısını ala bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər