Litvada atəşfəşanlıqla bağlı fərqli qərarlar verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il gecəsi Litvanın əksər böyük şəhərlərində atəşfəşanlıq olmayacaq. Yalnız Kaunas və Klaypeda şəhərlərində atəşfəşanlıq etməyə icazə verilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt Vilnüsdə şəhər rəhbərliyi altı ildir atəşfəşanlıq nümayişlərini ləğv edib. Şəhərin Kafedral meydanında atəşfəşanlıq video proyeksiyalar və işıqlandırma qurğuları ilə əvəz olunub.
"Yeni il şənliklərinə yaradıcılıqla yanaşırıq, insan sağlamlığına, ətraf mühitə və heyvanların rifahına qayğı göstəririk. Minlərlə insan Kafedral meydanında toplaşır və atəşfəşanlıq zamanı ehtiyatsız hərəkətlər faciəli nəticələrə səbəb ola bilər", - deyə şəhər rəhbərliyindən bildirilib.
Kaunas şəhərində isə sakinlər və qonaqlar Yeni ili mərkəzi meydanda qeyd etməyə dəvət olunublar. Orada atəşfəşanlıq və genişmiqyaslı musiqi proqramı planlaşdırılıb.
Klaypeda isə keçən ildən atəşfəşanlığa icazə verib. Şəhər rəhbərliyi builki bayram atəşfəşanlığı üçün cəmi beş min avro ayrılacağını da bəyan edib.
Oxşar xəbərlər
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətin...