Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım olub

Bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudiyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.
Oxşar xəbərlər
İkinci cəhd imtahanı üçün son bir gün - Ən çox bu qrup MÜRACİƏT EDİB
Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyat sabah başa çatır. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət...
