KİV: Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp çərşənbə günü Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb.
Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun Baş katibi Mark Rütte, həmçinin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da daxil olub.
Məqalədə bildirilir: "Tramp Putinlə görüşməyi və tezliklə Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyi gözləyir".
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...