Keçmişdə ilişib qalan bürclər açıqlandı: Onlar unuda bilmir

Astroloqlar bəzilərinin yeni münasibətlərə başlamaqda və ya həyatlarına davam etməkdə çətinlik çəkdiyini bildirirlər. Bəs keçmişi buraxa bilməyən, keçmiş xatirələrlə yaşayan bürclər hansılardır?
Əqrəb – Dərin duyğuları və sadiqliyi ilə tanınan Əqrəblər birinə bağlandıqdan sonra onu asanlıqla unuda bilmir. Onlar üçün keçmiş münasibətlərin təsiri uzun müddət davam edə bilər və bu da yenidən sevməyə mane ola bilər.
Xərçəng – Hissiyyatlı və ailəyə bağlı olan Xərçənglər keçmişdə yaşadıqları hər anı yadda saxlayırlar. Onlar keçmişdəki xoşbəxt günləri tez-tez düşünür, nostalji ilə yaşayırlar.
Balıqlar – Xəyallarla yaşayan və emosional bağlılıqları güclü olan Balıqlar keçmişi ideallaşdırmağa meyllidirlər. Onlar üçün keçmiş sevgilər bir dərs deyil, hələ də ürəklərində yer tutan hekayədir.
Buğa – Sabitliyi sevən Buğalar dəyişiklikdən qorxur. Keçmişdə qurduqları münasibətlərdəki rahatlığı və tanışlığı unuda bilmir, yeni bir şeyə başlamaq onlar üçün çətin olur.
Astroloqlar bildirir ki, bu bürclərin nümayəndələri keçmişi analiz etmək və ondan dərs çıxarmaq əvəzinə, həmin hisslərin içində ilişib qala bilirlər. Mütəxəssislər bu vəziyyətin emosional tükənmişlik və yeni münasibətlərin qarşısında maneə yaratdığını vurğulayırlar.

Oxşar xəbərlər
Ən sevilən içki təzyiqin təbii xilaskarı çıxdı
Araşdırmalar göstərib ki, ən məşhur içkilərdən biri qan təzyiqini effektiv şəkildə aşağı sala bilər. BAKU.WS xəbər verir ki, söhbət ürək-damar sisteminə müsbət...