İntihar edən hərbçimizin FOTOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Gözəlov intihar edib.
Modern.az-ın məlumatına görə, intihar edən hərbçimiz Bakı şəhərindəndir.
O, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayırdı.
Novruz Gözəlov ailədə iki qardaşın böyüyü olub. 18 yaşlı gəncin bir neçə ay öncə hərbi xidmətə yollandığı bildirilir.
Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Oxşar xəbərlər
Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir
Azərbaycanda multikulturalizm və dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət...