İnsan qoxusu aşiq olmağa necə təsir edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı nevroloq Qalina Çudinskaya insanın aşiq olmasında bədən qoxusunun gözəllik və xarizmadan az rol oynamadığını bildirib. Onun sözlərinə görə, bir çoxları simpatiyanı yalnız zahiri görünüşlə əlaqələndirsə də, qoxu da bu prosesdə mühüm rol oynayır.
BAKU.WS xəbər verir ki, nevroloqların fikrincə, insan şüursuz şəkildə digər şəxslərin bədənindən yayılan feremonları hiss edir. Bu kimyəvi siqnallar vomeronazal orqan (Yakovson orqanı) vasitəsilə qəbul edilir və genetik uyğunluq haqqında siqnal verir. Feremonların klassik mənada qoxusu yoxdur və insan onları hiss etdiyini fərq etmir. Lakin onlar emosiyalara və romantik hisslərə ciddi təsir göstərə bilir.
Nevroloqların sözlərinə görə, hamı bu qoxuları eyni dərəcədə hiss edə bilmir. Burun çəpərinin əyriliyi, xroniki rinit və ya allergiya bu prosesi zəiflədə bilər. Nəticədə bir insan "öz taleyini buraxıb keçə" bilər – yəni həmin uyğun feremonu hiss etmədiyi üçün doğru partnyoru tanıya bilməz.
Mövzu ilə bağlı aromaterapevt Natalya Qrişina, qadınları rahatladan ətirlərdən danışıb. O, kişilərdə testosteron səviyyəsini 15 faiz artıran efir yağlarını (şalfey, səndəl, paçuli) qeyd edib.
Rusiya Ətirlər Gildiyasının prezidenti Oksana Çernışova düzgün ətir seçiminin yollarını açıqlayıb. Parfümer Mari Urban isə kişilərin müşk, vanil və gül notlarını özündə birləşdirən ətirlərə daha çox maraq göstərdiyini bildirib.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...