Hormonlarla xoşbəxtliyi necə artırmaq olar? - Alimlər açıqladı
Perm Politexnik Universitetinin alimləri bildiriblər ki, məmnunluq hissi birbaşa hormonların və neyromediatorların fəaliyyətinə bağlıdır. Xüsusilə dofamin, serotonin və oksitosin kimi hormonlar insanın motivasiyasını, emosional durumunu və sosial münasibətlərini tənzimləyir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, dofamin motivasiya və nəticəni gözləmə hissini formalaşdırır, çatışmazlığı isə apatiya və aktivliyin azalmasına səbəb olur.
Serotonin emosional tarazlığı təmin edir, onun çatışmazlığı isə yuxusuzluq, baş ağrısı və migrenlə müşayiət oluna bilər. Oksitosin sosial əlaqələri gücləndirir və narahatlığı azaldır. Endorfinlər stressi yüngülləşdirir, fiziki fəaliyyət zamanı isə "qaçış euforiyası" kimi hisslərə səbəb olur.
Alimlər vurğulayır ki, hormon balansını saxlamaq üçün dərmanlara ehtiyac yoxdur. Bunun üçün əsas vasitələr: müntəzəm fiziki fəaliyyət, keyfiyyətli yuxu, günəş işığında olmaq, balanslı qidalanma, sosial ünsiyyətdir.
Oxşar xəbərlər
Ən dostcanlı bürclər
Bəzi insanlar təbiətcə mehriban, səmimi və ünsiyyətcil olurlar. BAKU.WS xəbər verir ki, astrologiyaya görə, elə bürclər var ki, dostluğa böyük əhəmiyyət verir,...