Hava bəzi yerlərdə arabir yağıntılı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaldanda 5, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.
Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...